Qeydiyyat
Sayt üzərindən qeydiyyat üçün:
Soyad və ad bölməsi, elektron poçt ünvanı, aktiv telefon nömrəsi və şifrə daxil edib qeydiyyatdan keçirsiniz.
Bu zaman sizin qeyd etdiyiniz aktiv mobil nömrəyə sms vasitəsilə 4 rəqəmli təsdiq kodu göndəriləcəkdir. Həmin təsdiq kodunu daxil etməklə qeydiyyatınızı tamamlamış olursunuz.
- aptekonline saytı və mobil tətbiqində qeydiyyatdan keçmək üçün:
- aptekonline mobil tətbiqini yüklədikdən sonra, əsas əshifənin aşağı sağ hissəsində yer alan “Profil” yazılı düyməni seçin;
- növbəti səhifəyə keçid etdikdən sonra, “Qeydiyyatdan keç” düyməsini seçin;
- Bundan sonra aktiv mobil nömrənizi dəqiq şəkildə göstərilən boş xanaya yazırsınız;
- Daha sonra şəxsi məlumatlarınızı: ad, soyad, doğum tarixi, və digər məlumatları boş xanalara qeyd edirsiniz;
- Şifrənizi yaradırsınız, daha sonra təkrar dəqiq şəkildə qeyd edirsiniz;
- Aşağı hissədə yer alan “Qeydiyyatdan keç” düyməsini seçirsiniz;
- Bu zaman daxil etdiyiniz mobil nömrəyə 4 rəqəmli təsdiq kodu sms vasitəsilə göndəriləcəkdir;
- Açılan pəncərədə boş xanalara həmin 4 rəqəmli kodu düzgün qeyd edirsiniz və “Təsdiqlə” düyməsini seçirsiniz.
Bununla da siz aptekonline mobil tətbiqində qeydiyyatınızı tamamlamış olursunuz.
Sayt vasitəsilə sifariş aşağıdakı ardıcıllıqla həyata keçirilir:
İlk növbədə kataloq bölməsindən sizə lazım olan kateqoriya üzrə məhsulu seçirsiniz. Bunun üçün həmin məhsulun üzərinə klik etmək daha sonra isə səbətə atmaq lazımdır.
Sizə lazım olan bütün malları səbətə atdıqdan sonra, yuxarı hissədə yerləşən “səbət” yazısının üzərinə klik edərək. “Sifarişi rəsmiləşdir” bölməsinə keçid edirsiniz.
Burada sizin seçdiyiniz məhsullar, onların sayları və s. məlumatlar qeyd olunacaq. Əlavə olaraq məbləğə görə çatdırılma haqqı göstəriləcək (əgər varsa). Çatdırılma qaydalarımıza uyğun olaraq)
Saytda qeydiyyatdan keçmisinizsə bu zaman sizə çatdırılacaq ünvanları əlavə etmək tələb olunacaq. Ünvan yalnız 1 dəfə əlavə edilir. Digər sifarişlərinizdə isə istifadəçi adınıza uyğun əlavə etdiyiniz ünvanları seçə biləcəksiniz.
Aptekonline saytında, eləcə də mobil tətbiqində sifarişinizi təsdiqlədikdən sonra, ödəniş səhifəsinə keçid edirsiniz. Sistem ödəniş üçün sizə uyğun ödəniş növünü seçmək imkanı yaradacaq.
Siz həm nağd, həm onlayn, həm də hiss-hissə ödəniş imkanından yararlana bilərsiniz.
QEYD: Kart məlumatlarınız AzəriKard prosesinq mərkəzi tərəfindən tam təhlükəsiz şəkildə qorunur.
Sifarişin statusuna istifadəçi profilinə daxil olub sifarişlərim bölməsindən baxa bilərsiniz.
Çatdırılma qaydaları
Aptekonline mobil tətbiqində sifarişinizi tamamladıqdan sonra, “Kuryeri izlə” funksiyası vasitəsilə sifarişiniz haqda anbaan məlumat əldə edə bilərsiniz.
Sifarişinizi tamamladıqdan sonra, açılan pənəcərədə:
- Kuryeri izlə funksiyası vasitəsilə siz:
- Dəqiq çatdırılma vaxtını öyrənə,
- Kuryerin marşrutunu izləyə,
- Məsafəyə uyğun çatdırılma haqqını öyrənə,
- Həmçinin kuryerlə əlaqə saxlaya bilərsiniz
Qeyd edək ki, 50 AZN və daha çox məbləğ dəyərində bütün sifarişlərin çatdırılması PULSUZ icra olunur. 50 AZN-ə qədər məbləğ dəyərində sifarişlərin çatdırılması isə məsafəyə görə təyin olunur və tətbiq tərəfindən hesablanır. Ləğv edilmiş online ödənişli sifarişlərdə, kuryer xidməti istifadə olunmasından asılı olaraq müştəridən əlavə haqq tutula bilər.