Maddələr mübadiləsinin
pozulması bel nahiyədə piy toplanmasına, arterial təzyiqin yüksəlməsinə və
qanda xolesterinin miqdarının qalxmasına səbəb olur. Bu pozğunluqların əsasında
insulinə olan rezistentlik durur, yəni mədəaltı vəz tərəfindən ifraz olunan
insulinə davamlılıq əmələ gəlir. Bu halı mütəxəsislər prediabet adlandırırlar.
Lakin bu vəziyyətin qarşısını almaq olar. Çünki bu oturaq həyat tərzi və artıq
yağ qəbulu nəticəsində yaranan narahatlıqdır.
Həyat tərzinin
dəyişilməsi, ilk növbədə fiziki aktivlik və düzgün qida qəbulu karbohidrat və
yağ mübadiləsinə müsbət təsir göstərir, nəticədə qlükozanın və “pis”
xolesterinin aşağı düşməsinə səbəb olur. Bundan başqa bir sıra qidalar qanda şəkərin
normada qalmasında müəyyən qədər köməkçi olur.
Su. Susuzluq hiss edən zaman
ilk növbədə su qəbuq etmək lazımdır. Qazlı şəkərli içkilərdən və şirin meyvə
şirələrindən fərqli olaraq su susuzluq hissini yatırır və böyrəklərə artıq şəkəri
ifraz etməkdə kömək edir. Araşdırmalar göstərir ki, gün ərzində su qəbul etməmək
hiperqlikemiya (qanda qlükoza miqdarının normadan çox olması) riskini artırır.
Həll olan və həll olmayan qida lifləri
bağırsağın işinin yaxşılaşdırır, “pis” xolesterinin orqanizmdən çıxmasına və çəkinin
normaya salınmasında iştirak edir. Şəkərin və karbohidratların sorulmasını
azaltmaqla qanda şəkərin miqdarını normada saxlamağa çalışır. Tərkibində həll
olan liflər saxlayan bitkilərdən olan yulaf, paxlalılar, alma, sitruslar bu barədə
çox xeyirlidirlər.
Balıq. Dəniz məhsulları
qandakı şəkərin miqdarına birbaşa təsir göstərmir. Lakin yüksək keyfiyyətli
zülal qaynağı olduğuna görə insanda toxluq hissi yaradır və insan karbohidrat qəbulunu
azaldır. Bundan başqa balığın tərkibində doymamış yağ turşuları olur ki, “pis”
xolesterinin orqanizmdə səviyyəsini aşağı salır.
Bir sıra
meyvələr və giləmeyvələr, məsələn qaragilə, böyürtkən, alma, portağal tərkiblərində
antosian adlı maddə saxlayırlar. Antosian bir sıra qida fermentlərinin fəaliyyətini
blok edir, karbohidratların mənimsənilməsini zəiflədir, çörək məhsullarının ,
kartof bitkisinin qəbulu zamanı yaranan şəkər “sıçrayışlarının” qarşısını alır.
İngiltərədə aparılan araşdırmalara görə tərkibində antosian olan meyvələr
insulinə rezistentliyin qarşısını alırlar. Bundan baqa bu meyvələr tərkiblərində
çox miqdarda şəkər saxlamadıqlarında görə köklüyə meylli və ya artıq çəkidən əziyyət
çəkən insanlara desert üçün əsl əvəzedicidir.