Mədə-bağırsaq traktında olan qanaxmaya
etinasız yanaşmaq olmaz. Çünki bu ciddi və təhlükəli simptom mədə-bağırsaq
traktının fəaliyyətində pozğunluğun olduğunu göstərir. Qanaxma müxtəlif xəstəliklərin
ağırlaşması nəticəsində mədə-bağırsaq traktının istənilən nahiyəsində baş verə
bilər. Qanaxmanın intensivliyi müxtəlif ola bilər və gizli şəkildə davam edə
bilər.
Qanaxma zamanı xəstədə tez-tez tərləmə artır,
ümumi zəiflik, dezorientasiya, solğunluq, taxikardiya və sinkopal vəziyyət
müşahidə olunur. Səbəbləri nə ola bilər:
Hemorragik qastrit;
Mədənin, anal kanalın venalarının varikoz
genişlənməsi;
Mədə xorası;
On iki barmaq bağırsağın xorası;
Qaraciyər sirrozu;
Bəzi preparatların qəbulu (varfarin, aspirin,
heparin, antiaqreqantlar və s);
Mədə xərçəngi;
Hemorragik diatez;
Qida borusunda, mədədə, nazik və yoğun
bağırsaqda olan poliplər;
Kolorektal xərçəng;
Xəstəliyin müalicəsi qanaxmanın intensivliyindən
və hansı nahiyədən olmağından asılıdır. Kiçik qanaxmalar zamanı qida qəbulu
qaydaya salınır, vitaminlərin və mikroelementlərin qəbulu nizamlanır. Həkim
qankəsici preparatlar yaza bilər. Eyni zamanda xəstə enteral və parenteral
qidalanma da alır. Əgər qanaxma daha kəskin və ciddidirsə, ilkin olaraq xəstənin
vəziyyətini stabilləşdirmək üçün intensiv terapiya tələb olunur. Daha sonra isə
həkimin göstərişləri əsasında müalicə davam edir.
Profilaktikası üçün nə etmək lazımdır:
Hər il profilaktik həkimə müraciət;
Xəstəlik mövcuddursa, vaxtında müalicə;
Gizli qana analiz;
Sağlam həyat tərzi;
Tərkibində liflər olan qidaların qəbulu;
Gündəlik fiziki aktivlik;