Şiddətli,
zəiflədən və uzunmüddətli davam edən öskürək “omikron” zamanı ən çox şikayət
edilən simptomdur. Əsasən bu, sonuncu versiyanı tutan insanlarda çox inkişaf
edir. Bəs bu əzabverici koronavirus öskürəyi və onunla əlaqəli boğaz ağrısı
zamanı özümüzə necə kömək edə bilərik?
Ekspertlərin
araşdırmalarına görə koronavirus yuxarı tənəffüs yollarının selikli qişa hüceyrələrinin
epiteli qişasını zədələyir: burun, burun boşluğu, boğaz, ağız boşluğu. Virus
hissəcikləri hüceyrə daxilinə daxil olanda orqanizm toxuma tamlığının pozulması
haqqında məlumaq alır. Nəticədə iltihab yaranır, immun sistemin elementləri fəaliyyətə
keçir: antitellər, sitokinlər və s. Digər sözlərlə yoluxmuş insanın daxilində
virus və immun sistem arasında döyüş başlayır. Məhz buna görə xoşagəlməz
simptomlar əmələ gəlir: selikli qişanın ödemi, asqırmaq, burun axması, öskürmək,
boğazda ağrı. Müəyyən olunduğu kimi “omikron” variantı yuxarı tənəffüs
orqanlarına zərər vurur və “delta” variantdan fərqli olaraq aşağı tənəffüs
orqanlarını seçmir. Virusun əsas miqdarı bronxial toxumada toplanır, dərinə
enmir. Nəticədə öskürək refleksi ilə əlaqədar olan sinirlərə zərər yetirə
bilir. Bundan başqa öskürəyin yaranma səbəblərinə postnazal sindrom da səbəb
ola bilər. Postnazal sindrom zamanı selik burunun arxa nahiyəsindən boğaza
axır. Orda isə öskürək reseptorları yerləşir. Və onların qıcıqlanması nəticəsində
öskürək yaranır.
Səbəblərin
müxtəlif olmasına baxmayaraq, kovid zamanı öskürəyi yüngülləşdirmək üçün birinci
növbədə nəmləndirmədən istifadə etmək lazımdır. Bu zaman həm daxili, həm də
xarici nəmləndirməyə nəzarət etmək lazımdır. Otaqların havasını nəmləndirmək
üçün, əsasən də qış mövsümündə, nəmləndirici aparatlardan istifadə etmək olar.
Tez-tez maye qəbulu, müxtəlif sorma tabletlər, nabatlar və s.-dən istifadə etmək
selikli qişanın nəmlənməsinə gətirib çıxarır. Bu zaman qıcıqlanma, quruluq,
çatlama hissi aradan qalxır. Eyni zamanda da dərman terapiyasına başlamaq mütləqdir.