Sidik
ifrazı zamanı olan ağrı bir sıra xəstəliklərin simptomu ola bilər. Bu daha dərindən
müayinə üçün səbəbdir. Əsas səbəblərə aşağıdakılar aiddir:
Sidik kisəsinin
infeksiyası (sistit);
Cinsi
yolla keçən xəstəliklər nəticəsində yaranan sidik kanalının infeksiyası
(uretrit);
Bəzən ağrı
infeksiya xarakterli olmayan səbəblərdən də ola bilər. Ona görə sidik ifrazı
zamanı ağrı hiss edənlərin hər dəfə həkimə müraciət etmələri vacib deyil. Bəs nə
zaman həkimə müraciət etmək mütləqdir? Əgər hər hansı xəbərdaredici simptomlar varsa
həkimə getmək lazımdır:
Beldə və
ya yan hissələrdə olan ağrı;
Ürəkbulanma
və ya qusma;
Hərarət;
Əgər sidik
kisəsinə təzəlikcə kateter yeridilibsə;
İmmun
sistemin zəifləməsi;
Təkrarlanan
epizodlar (həmçinin uşaqlıqda keçirilən infeksiyalar);
Sidikçıxarıcı
yolların patologiyası;
Immun
sistemin pozğunluğu olanlar və hamilə qadınlarda belə simptomlar başlayarsa, elə
həmin gün müayinə olunmalıdırlar. Adətən həkim anamnez toplayır və bir sıra məsələlərə
diqqət yetirir:
Sidiyin rənginə,
iyli olub olmamasına, sidikdə qan olub-olmamasına, təzəlikcə kateter yeridilməyinə,
cinsi kontaktın olmasına və s.