Açar sözlər: koronavirus,
ağız yaxalayıcıları, kliniki tədqiqatlar, xlorheksidin, virusun ağciyərlərə
nüfuz etməsi,
asimptomatik daşıyıcı.
Koronavirusdan
qorunmaq üçün maska istifadəsi, gigiyena qaydalarına və sosial məsafəyə diqqət
yetirmək tövsiyə olunur. Bəs ağız boşluğunun gigiyenası haqqında nə demək olar?
Bu məsələ ilə bağlı bir çox tədqiqatlar
aparılmışdır. Məlumdur ki, koronavirusun xarici qışası, bəzi kimyəvi maddələrə
qarşı həssas olan təbəqədən ibarətdir. Ağız boşluğunun bu maddələrlə
yaxalanması zamanı virusun xarici təbəqəsı dağıdılır. Nəticədə virus hüceyrələrə
daxil ola və təsir göstərə bilmir.
Almaniyanın Boxum şəhərinin Ruhr Universitetinin
Molekulyar və Tibbi Virusologiya kafedrasının mütəxəssisləri Tibb Elmləri
Doktoru, Baş tədqiqatçı Anatoli Altşteynin rəhbərliyi altında, Gamaleya adına
Rusiya Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzin virusoloqları
Aykan Onur Atillanın rəhbərliyi altında Türkiyə stomatoloqları - hüceyrə
kulturaları üzərində apardıqları təcrübə və kliniki tədqiqatların nəticələrinə əsaslanaraq,
bildirirlər ki, tərkibindəki aktiv maddələrdən asılı olaraq bəzi qarqaralar
99,1%-ə qədər COVID-19-un qarşısının ala bilirlər. Mütəxəssislər koronavirusun
mövcud ağız yaxalayıcıları ilə təsirsiz hala gəldiyini təsdiqləyirlər.
Bildirirlər ki, tez-tez ağız boşluğumuzu qarqara etsək, virusun ağızdan ağciyərlərə
enməsinin qarşısını ala bilərik.
Tədqiqatlar onu göstərir ki, tərkibində
xlorheksidinin spirtdə məhlulu (Gerasept qarqara) olan ağız yaxalayacıları
virusa qarşı effektivdir, onların viral təsiri uzunmüddətlidir. (Əksər
antiseptik ağız yaxalayıcılarının tərkibində xlorheksidinin konsentrasiyası
0.2%-dən çox olmur). Əlavə olaraq Dr. A.O. Atilla bildirir ki, ağız boşluğunun
30 saniyə xlorheksidinlə (Gerasept qarqara) yaxalaması zamanı virusun ağciyərə
keçməsini dayandırmağa kifayət edir.
Deməli, əllərimizin gigiyenası ilə yanaşı, ağız boşluğunun
gigiyenasına da diqqət yetirmək gərəkdir. Bunun üçün həm səhər və axşam dişləri
fırçaladıqdan sonra, həm də gün ərzində tez-tez ağzı xlorheksidin tərkibli
(Gerasept) qarqaralarla yaxalamaq kifayətdir.
Həmçinin COVİD-19-un asimptomatik daşıyıcılarının
sayını minimuma endirmək üçün də, həkimlər gündəlik ağız yaxalayıcılarından
istifadə etməyi məsləhət görürlər.