Açar
sözlər: bel ağrısı, istiotlu plastr, ağrı hissi.
Bel ağrısı müxtəlif peşələrdə çalışan
insanlarda, hər yaş qrupunda rast gəlinən geniş yayılmış tibbi-sosial
problemdir. Bel ağrısı demək olar ki, hər iki
adamdan birini narahat edir. Bel ağrısı anidən yarana bilən xoşagəlməz bir
hissdir. Bel nahiyəsindəki ağrı müxtəlif səbəbdən yarana bilər. Ancaq unutmayaq
ki, hər hansısa bir ağrının olması bu bir simptomdur. Bel nahiyəsindəki ağrının
yayılma tezliyi - 40-80%-dir və bu rəqəm hər il demək olar ki, 5% artır. Beldə
ağrının olması əzələ və onurğa sütununda problemin yaranmasına dəlil ola bilər.
Travma və ya zədə bel nahiyəsində yaranan ağrının ən sadə səbəblərindəndir. Bu
kimi hallar idman və ya məşq zamanı yaşanan xəsarətin nəticəsi ola bilər. Bəzən
isə bel nahiyəsində və ya qarnın aşağı hissəsində ağrılar hərəkət zamanı olur. Bel ağrısının ən çox görülən səbəbli osteoxondroz və onun təzahürləridir.
Bel
ağrılarının səbəbləri.
Vaxt keçdikcə bədənin
siqnallarını daim nəzərə almamaq, bədənin arxa hissəsinin əzələ sisteminin zəifləməsinə,
əzələ-sümük sistemində mənfi dəyişikliklərə səbəb olur. Bel ağrısının ən çox
görülən səbəbləri bunlardır: əzələ spazmları, xəsarətlər, gərilmə, narahat vəziyyətdə
uzun müddət qalmaq (sürücülər, ofis işçiləri), stres, osteoxondroz, sinir zədələnmələri,
daxili
orqanların xəstəlikləri fonunda yayılan ağrı. Ağrının böyük əksəriyyəti (təxminən 95%)
əzələlər, bağlar və oynaqlar ilə əlaqələndirilir. Radikulopatiya (radikulit) ilə
əlaqəli isə 3-4% təşkil edir.
Bel
ağrısını necə aradan qaldırmaq olar? Bu
sualın cavabını yalnız ciddi bir müayinə və diaqnozdan sonra mütəxəssis həkim tərəfindən
verilə bilər və bunun üçün müraciət vaxtında olunmalıdır. Onurğa sütunundan
çoxsaylı sinir kökləri keçir, travma, zədələr, fəqərələrarası disk yığrtığı
sinir keçiriciliyini pozur və damarları sıxır ki, bu da ağrını yaradır. Belə
hallarda müalicə həm dərman preparatları vasitəsilə, həm də müxtəlif
fizioterapiya ilə aparıla bilər. Bir çox
sayda xəstəliyin müalicəsi üçün ən təsirli və təhlükəsiz vasitələrdən biri istiotlu
plastrdır. Istiotlu plastrın terapevtik təsiri istiləşmə, yayındırıcı,
qıcıqlandırıcı və bədənin müəyyən hissələrinə əzələ rahatlayıcı təsir göstərməsi
səbəbindən əldə edilir. Istiotlu plastr dərinin reseptorlarının qıcıqlanmasına,
ağrının yüngülləşməsinə, toxuma trofikasının yaxşılaşmasına kömək edir.
Istiotlu plastrın istifadə qaydası. Transdermal plastrı xarici təsirlərdən
qorumaq üçün xüsusi bir örtücü kağız olur. Plastrı hansı nahiyəyə
yapışdıralacağına qərar verildikdən sonra örtücü kağız çıxarılır. Plastrdan
istifadə etməmişdən öncə yapışdırılacaq nahiyə tibbi spirt ilə təmizlənməlidir. Dəri quruduqdan sonra plastrın
hər dörd tərəfi yapışdırılır. Plastr yapışdırılan nahiyədə istilik hissiyyatı
yaranır. Bu təsir, dərman
komponentlərinin epidermisin yuxarı qatlarına düşdüyünü və ağrı nöqtəsinə təsir etdiyini göstərir. Plastrın
komponentləri qan dövranını sürətləndirərək ağrı hissinin azalmasına kömək edir. Əzələ gərginliyini
azaldır. Plastr yapışdırılan nahiyədə qızartı, qaşınma və ya hər hansı bir allergik
reaksiyanın əlaməti görünərsə, onu dərhal çıxartmaq lazımdır. Qıcıqlanan dərini
sabunlu su ilə yumaq lazımdır, sonra yarasağaldıcı kremlərdən istifadə
olunmalıdır. Yuxarıdakı əlamətlər olmadıqda, ağrı nahiyəsində istiotlu plastrı
2 günə qədər saxlanmasına icazə verilir.