Ağrı-insanı
bütün ömrü boyu müşayət edən simptomdur və vacib qoruyucu mexanizmdir. Baş
ağrısı, diş ağrısı, mexaniki travmlardan, daxili zədələnmələrdən olan ağrılar, orqanizmdə
olan bütün neqativ dəyişikliklər, hətta ən əhəmiyyətsizi belə bu xoşagəlməz
simtomla müşayət olunur. Bununla belə ağrı həyati vacib siqnal funksiyasını
yerinə yetirir. Qanaxma, yanıqlar, infeksiya, sınıqlar zamanı orqanizmdə
hansısa proses düzgün getmədiyini bildirmək üçün ağrı hissi yaranır və bunun
üçün nəsə etmək lazım olduğunu bildirir. Ağrıya həssas olmayan insanlar daimi təhlükə
ilə yaşayırlar. Adi məişət travması belə onlar üçün ciddi təhlükədir. Ona görə
də belə insanlar adətən 3 yaşa qədər yaşayırlar. Lakin bəzən ağrı siqnal
funksiyasını yerinə yetirib yoxa çıxmır, əksinə xəstəliyə qoşulur. Bu isə
insana ziyan vurmağa başlayır. Əyər ağrı uzun müddət nəzərə alınmasa və ya
düzgün müalicə olunmazsa, o xroniki vəziyyətə keçir. Ona görə də xroniki xəstəlikdən
əziyyət çəkən hər 2-3 insanda depressiya və narahatlıq pozğunluqları əmələ gəlir.
Həkimlərin tövsiyəsi budur ki, əyər ağrı zəif və səbəbi məlumdursa, ağrıkəsici
preparatlar içmək kifayət edir. 1-2 günə sakitləşmirsə, artıq həkimə müraciət
etmək lazımdır. İstisna qarın nahiyəsində və döş qəfəsində olan ağrılardır. Bu
zaman təcili yardıma zəng etmək lazımdır, çünki daha ciddi xəstəliyin siqnalı
ola bilər (appendisit, infarkt, anevrizma partlaması və s.) Qarın nahiyədə ağrı
olan zaman ağrıkəsici içmək olmaz, çünki bu zaman daha ciddi bir xəstəliyi nəzərdən
qaçıra bilərik.