Son
illər dünyada baş verən hadisələr bəzi insanlara həyatında ilk dəfə idi belə
stress yaşadırdı. Stress nədir və sağlamlığımızı qorumaq üçün onun öhdəsindən
necə gəlmək olar. Stress – mənfi hallar, artan tələbatlar nəticəsində yaranan psixi
və emosional gərginlikdir. Stress vaxtı orqanizm bədəni müxtəlif hadisələrdən
qorumaq üçün adrenalin istehsal edir. Bu zaman orqanizm daha energetik olur və
daha tez reaksiya vermə qabliyyətinə sahib olur. Lakin vaxtında tədbir götüıməzsə,
müxtəlif narahatçılıqlara gətirib çıxardır. Stress nələrə səbəb olur? Nəbz tezləşdirir,
nəticədə qan təzyiqini artırır, həzmi sisteminin işini pozur, nəfəsalma tezləşdiyi
və ağırlaşdığı üçün tənəffüs sistemində gərginlik yaradır. Stress həmçinin səpginin
və sızanaqların əmələ gəlməsinə, çəkini artmasına və ya əksinə səbəb olur. Çəkinin
artması isə ürək-damar problemlərinin əmələ gəlməsinə gətirib çıxardır. Bəs
stresslə necə baş etmək olar? Sağlam qida, kifayət qədər yuxu, hobbi ilə məşğul
olmaq, kömək istəmək, yoqa, mediyasiya ilə məşğul olmaq, nəfəsalma
texnikalarını öyrənmək, masaj etdirmək çox yaxşı təsir edir. Bəzən elə hadisələr,
situasiyalar olur ki, bu bizim kontrolumuz xaricində baş verir. Bu zaman pauza
götürmək və mütləq bu hisslərinizi nəzərə almaq lazımdır. Nə səbəbə baş
verdiyinə fikir vermək lazımdır.