Omikron
nədir? İlk dəfə Omikron 2021-ci il noyabr ayında aşkarlandı. Koronavirusun variantlarından
biri olan Omikron hal-hazırda ÜST-ün də nəzərində olan məsələlərdən biridir.
Virus intensiv sürətlə yayılır və çoxsaylı infeksiyalar törədir, ona görə də
mutasiyaları yaranır. Mutasiya genetik dəyişiklikdir və virusun keçiricilik dərəcəsinə,
xəstəliyin ağırlığına, simptomlara və s. təsir edir. Virus canlı orqanizmə
daxil olub orda çoxalmaq üçün mutasiyaya uğrayır. Omikron ştammının
koronavirusun digər ştamlarına nisbətən daha çox mutasiya sayı var. Delta ştammından
fərqli olaraq Omikron ştammında xəstəlik daha yüngül keçir. Əsas xüsusiyyətləri
isə bunlardır: bir insandan digərinə daha tez keçir (daha transmissivdir),
daşıyıcı ilə kontaktda olanda daha çox xəstələnmək ehtimalı var. Bu virus
haqqında hələ ki, çox məlumat yoxdur, tam öyrənilməyib. Lakin araşdırmalar
davam edir, çünki yeni simptomlar meydana çıxır. Bununla belə virusun
yayılmasının qarşısını almaq üçün lazım olan tədbirlərə əməl etmək lazımdır. Belə
ki, sosial distansiya, maska taxmaq, əlləri yumaq, otağın havasını mütamadi
olaraq dəyişmək və s.