Orqanizmin normal
funksiyası üçün hüceyrələrin oksigenlə təchiz olunması həyata keçirilməlidir. Oksigenin
hüceyrələrə çatdırılması 2 sistem tərəfindən həyata keçirilir: tənəffüs və qan
damar. Saturasiyanın düşməsi əsasən bu iki sistemin işində olan nasazlıqları
göstərir. Saturasiya nədir? –Saturasiya qanın oksigen ilə doyma dərəcəsidir. Əyər
bu dərəcə aşağıdırsa, mütləq müayinə edib, səbəbi tapmaq lazımdır ki, hipoksiya
və ya digər neqativ nəticələr yaranmasın. Göstərici 95-dən aşağıdırsa, bu onu
bildirir ki, orqanizmə oksigen çatmır. 90-dan aşağı düşərsə, orqanizmdə hipoksiya
yaranma təhlükəsi artır.
Adətən saturasiya normadan aşağı
olarkən bu simptomlar meydana çıxır:
Belə
hallarda insanlar tez-tez əsnəyirlər, daha çox nəfəs almaq istəyirlər. Ağciyərlərdə
“pambıq” hissi olur. Daha çox nəfəs alma hərəkətləri həyata keçirirlər. Əyər
sağlam insan dəqiqədə 14-16 nəfəsalma hərəkəti edirsə, saturasiyanın aşağı düşməsi
nəticəsində bu 20-22-ə qədər artır. Digər simptom yuxululuqdur. Bu ona görə baş
verir ki, beyinə oksigen çatmır və o “tormozlamağa” başlayır. Başqa bir simptom
əllərdə yaranan soyuqluq hissidir. Çünki qan oksigendən başqa həm də istilik
daşıyır. Ətraflara qan yaxşı çatmadığına görə soyuqluq hiss edə bilər. Bəzən
oksigenin ətraflara tam çatmadığına görə sinir ucları da zədələnir və
qıcıqlanma hissi yaranır.Saturasiya aşağı
olarkən insanlar daha çox açıq havada, açıq pəncərə qabağında olmaq istəyirlər.
Bundan başqa belə insanlara qapalı məkanda, metroda və digər ictimai nəqliyyatda
olmaq çətinlik yaradır. Bu zaman təngənəfəslik yaranır.
Saturasiya pulsoksimetr cihazı vasitəsi
ilə ölçülür. Hətta ev şəraitində də saturasiya göstəricilərini nəzarətdə
saxlamaq üçün müxtəlif pulsoksimetrlərdən istifadə etmək olar.