*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
ESİTROX retard tablet
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi:

Hər bir tabletin tərkibində vardır:

Trokserutin - 300 mq

At şabalıdı qabığının quru ekstraktı - 60 mq

Asiya sentellası otunun quru ekstraktı - 30 mq                                                                   

Mədəni üzümün yarpaqlarının quru ekstraktı - 30 mq

Ponti bigəvəri kökünün quru ekstraktı - 20 mq

Qaragilə meyvələrinin quru ekstraktı - 20 mq

 

Farmakoloji xüsusiyyətləri:

Esitrox tablet təbii tərkibli kombinə olunmuş flebotonik və angioprotektor xüsusiyyətə malik preparat olub, kapilyar və venalara təsir göstərir. Esitrox xroniki venoz çatışmazlıq zamanı ödem, ağrı və qıcolma kimi əlamətləri azaldır. Babasil zamanı yaranan ağrı, qaşınma və qanaxma kimi əlamətləri yüngülləşdirir. Esitrox kapilyarların rezistentliyinə və keçiriciliyinə yaxşı təsir göstərərək diabetik retinopatiyanın yaranmasını ləngidir. Həmçinin qanın reoloji xüsusiyyətlərini yaxşılaşdıraraq tor qişada mikrotrombozun qarşısını alır.

Trokserutin damar divarını və birləşdirici toxumanı möhkəmləndirir. Venaların varikoz genişlənməsinin qarşısını alır. Babasil zamanı damarlarda gedən patoloji dəyişikliklərin aradan götürülməsində yüksək effektivliyə malikdir. Venaların tonusunu artırır, plazma zülalları üçün kapilyarların keçiriciliyini azaldır, qanın fibrinolitik fəallığını artırır, özlülüyünü azaldır, periferik qan dövranını normallaşdırır və dərinin trofiki zədələnmələrində müsbət təsir göstərir.Venaətrafı toxumalara iltihabəleyhinə təsir göstərir və ödemi aradan qaldırır.

At şabalıdının ekstraktı güclü vena tonuslandırıcı təsirə malikdir. Onun təsiri tərkibində olan eskulin və essin qlikozidləri venoz damarların tonusunu artırır, venalarda qanın axınını sürətləndirir və trombozun əmələgəlməsinin qarşısını alır. At şabalıdı kapilyarların keçiriciliyini azaldaraq mikrosirkulyasiyanı yaxşılaşdırır. Nəticədə kapilyarlarda durğunluğun qarşısı alınır və güclü iltihabəleyhinə təsir göstərir. Eskulin qan zərdabının antitrombik aktivliyini stimulə edir və damarların retukuloendotelial sistemində antitrombinin sintezini sürətləndirir. Essin qanın özüllüyünü azaldır, iltihabəleyhinə və ödeməleyhinə təsir göstərir.

Asiya sentellası A, B, E, K vitaminləri və maqnezium ilə zəngindir. Bu bitki mikrosirkulyasiyanı yaxşılaşdırır, yaraların sağalmasını tezləşdirir, trofiki xoraların yaranmasının qarşısını alır, immunomodulyator təsirə malikdir. Asiya sentellası venaları və kapilyarları möhkəmləndirir, qan dövranını yaxşılaşdırır.

Mədəni üzümün yarpaqlarının ekstraktı bioflovanoidlər, polidoymamış yağ turşuları və  D vitamini ilə zəngindir. Vazoprotektiv xüsusiyyətə malikdir, damar keçiriciliyini azaldır, ödemi aradan qaldırır.

Ponti bigəvəri kökünün ekstraktı steroid saponinlər, efir yağları və qətran ilə zəngindir. Kapilyarların elastikliyini və möhkəmliyini artırır, qan dövranını yaxşılaşdırır, iltihabəleyhinə təsir göstərir. 

Qaragilə meyvələrinin ekstraktının tərkibində üzvi turşular, minerallar, C, A, B, PP vitaminləri, efir yağları və antosianozidlər var. Venaları və arteriyaları qoruyur, qan hüceyrələrinin aqreqasiyasının qarşısını alır. Qaragilə meyvələrinin ekstraktı kollagenin dağılmasını ləngidərək qan damarlarının divarını möhkəmləndirir. Dəri kapilyarlarının elastikliyini artırır və damarların varikoz genişlənməsinin qarşısını alır. Qaragilə meyvələri antioksidant xüsusiyyətə malikdir.

İstifadəsinə göstərişlər:

-Aşağı ətraflarda venoz - limfatik çatışmazlıq (o cümlədən, venaların varikoz genişlənməsi, xronik limfostaz) əlamətlərinin müalicəsi;

-Tromboflebit, flebit;

-Ayaqlarda ağırlıq, ödem və ağrı hissi;

-Trofik pozğunluqlar;

-Babasil;

-Mikrosirkulyasiyanın pozulması;

-Varikosele;

-Diabetik mikroangio- və retinopatiya;

-Diabetik pəncə;

-Plastik əməliyyatlardan sonrakı ödemlər.

Əks-göstərişləri:

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövrü:

Hamiləlik və laktasiya dövründə həkim məsləhətilə təyin oluna bilər.

İstifadə qaydası:

Bir tablet gündə bir dəfə səhər yeməyindən sonra. Tablet bol su ilə içilməlidir. Retard formasında olduğu üçün təsir effekti  uzunmüddətlidir. Tableti çeynəmək olmaz.

Buraxılış forması:

Retard tablet N 30

İstehsalçı: "ESI S.p.A.", Via della Industrie 1, 17012 Albissola Marina, İtaliya

Baxılma sayı: 697 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..