*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
MANUFLOR sirop
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi:

Hər 15 ml şərbətin tərkibində vardır:

Leptospermum skoparium (manuka) balı (5%) - 750 mq

Arı yapışqanının (propolis) quru ekstraktı - 120 mq

(flavonoidlərin ümumi miqdarı 12%, qalanginini miqdarı 0.8%)

Qırmızı exinaseya (Echinacea purpurea Moench) otunun quru ekstraktı - 60 mq

(polifenolların ümumi miqdarı 4%)

Qırmızı exinaseya (Echinacea purpurea Moench) otunun quru ekstraktı  - 30 mq

(kasnı turşusunun miqdarı 2%)

Ensizyarpaq exinaseya (Echinacea angustifolia DC) kökünün quru ekstraktı - 15 mq

(exinakozidin miqdarı 4%)

Narşəkilli malpigiya (aserola) (Malpighia punicifolia L.) meyvəsinin quru ekstraktı - 50 mq

Tindalizasiya üsülu ilə sterilizə olunmuş Lactobacillus casei (HA-108), Lactobacillus acidophilus (HA-122), Lactobacillus plantarum (HA-119), Streptococcus thermophilus (HA-110) - 1 x 109 KƏV*

* KƏV – Koloniya Əmələ gətirən Vahid

 

Farmakoloji xüsusiyyətləri:

MANUFLOR şərbət uşaqlarda istifadə üçün nəzərdə tutulmuş, təbii tərkibli kombinəolunmuş immunostimulyator vasitə olaraq, orqanizmin ümumi müqavimətini gücləndirir və immun sisteminə stimuləedici təsir göstərir.

Leptospermum skoparium (manuka) balı antiseptik, bakterisid, antifunqal, iltihabəleyhinə və yarasağaldıcı xüsusiyyətlərə malikdir. Həmçinin immunostimulyator və antioksidant təsirlər göstərir. Antibiotiklərin bakteriyalara qarşı təsirini gücləndirir. Leptospermum skoparium balı virusəleyhinə təsirə malik olduğu üçün qrip zamanı da effektlidir.

Arı yapışqanı (propolis) bakterisid, iltihabəleyhinə, göbələk və virusəleyhinə təsirə malikdir. Arı yapışqanı müxtəlif bioloji fəal maddələrlə zəngindir (qətranlar, vitaminlər, aminturşular, mineral duzlar, bioflavonoidlər və s.). Arı yapışqanını təbii antibiotik adlandırmaq olar. Bu təsir onun tərkibində əhəmiyyətli maddə hesab edilən, antibakterial təsirli qalangin bioflavonoidi ilə bağlıdır. Arı yapışqanı bakterisid və bakteriostatik təsirlə yanaşı virusların (qrip, sadə herpes və s.) inkişafının da qarşısını alır. O, immunostimulyator təsir göstərir. Antibiotiklərlə birlikdə istifadə etdikdə onların təsirini artırır.

Exinaseya növlərinin ekstraktları təbii immunostimulyator olub,orqanizmin müdafiə funksiyasını və xəstəliyə qarşı müqaviməti artırırlar. Exinaseya növlərinin ekstraktlarının tərkibində polifenol maddələri, exinakozid qlikozidi, kasnı turşusu, efir yağları, flavanoidlər, saponinlər, əvəzolunmaz üzvi turşular, vitaminlər, dəmir, kalsium və selen vardır. Exinaseya növləri virusəleyhinə, antibakterial və antifunqal təsirlərə malikdir. Bakterial və virus mənşəli xəstəliklərin müalicə və profilaktikasında, xüsusilə qrip zamanı effektli təsirə malikdirlər. Exinaseya növləri həmçinin böyrəküstü vəzin fəaliyyətini artıraraq allergiya və revmatizm əleyhinə təsir göstərirlər.

Narşəkilli malpigiya (aserola) C vitamini ilə zəngin olan bitkidir. İnfeksiyalara qarşı müqaviməti artırır, antioksidant təsir göstərir. Onun tərkibində həmçinin B qrup vitaminləri (B1, B2, PP), dəmir, kalsium, fosfor və natrium vardır.

Lactobacillus casei, Lactobacillus acidophilus, Lactobacillus plantarum, Streptococcus thermophilus bağırsaq mikroflorasının tarazlığını tənzimləyir və onların fizioloji funksiyalarının yerinə yetirilməsini təmin edirlər. Bağırsaqlarda turş mühiti yaradaraq patogen və şərti-patogen mikroorqanizmlərin inkişafı üçün əlverişsiz şərait yaradırlar. Bağırsağın epitel hüceyrələrinin membranlarını stabilləşdirməklə elektrolitlərin və vitaminlərin (B1, B2, B6, B12, K, E, PP, C, D), dəmir və kalsiumun sorulmasını sürətləndirirlər. Bağırsaq mikroflorasının immun sistem üçün böyük rolu vardır. Mikroflora immunoqlobulinlərin sintezində iştirak edir, B, T-limfositlərin və makrofaqların yaranmasını fəallaşdırır.

İstifadəsinə göstərişlər:

- Müxtəlif mənşəli xəstəliklər zamanı immuniteti artırmaq məqsədilə;

- Bakterial və virus mənşəli, kəskin və xroniki infeksiyalar zamanı (qrip, sadə herpes, respirator xəstəliklər); 

- Antibiotikterapiya zamanı;

- Astenik vəziyyətlərdə.

İstifadəsinə əks göstəriş:

Vasitənin tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.

İstifadə qaydası və dozası:

3-8 yaşlı uşaqlara 5-10 ml gündə bir dəfə; 8 yaşından böyük uşaqlara 10-15 ml gündə bir dəfə az miqdarda su və ya meyvə şirəsi ilə qarışdırıb daxilə təyin edilir.

İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

Xüsusi xəbərdarlıq:

Sistem və autoimmun xəstəliklər, vərəm, leykoz, dağınıq skleroz dövründə həkim məsləhəti ilə təyin olunmalıdır.

3 yaşa qədər uşaqlarda həkim məsləhəti ilə istifadə oluna bilər. Tövsiyə olunan sutkalıq dozanı aşmaq olmaz. Şərbəti isti qida məhsulları və ya maye ilə qarışdırmaq olmaz.

Buraxılış forması: 180 ml flakonda, qablaşdırılmış qutuda stəkan-dozator və təlimat vərəqəsi ilə birlikdə.

Saxlanma şəraiti:

Uşaqların əli çatmadığı quru və sərin yerdə, istilik mənbələrindən uzaqda saxlamaq lazımdır. Flakon açıldıqdan sonra soyuducuda saxlamaq şərti ilə vasitə bir ay müddətində istifadəyə yararlıdır.

İstehsalçı: "ESI S.p.A.", Via della Industrie 1, 17012 Albissola Marina, İtaliya.

Baxılma sayı: 676 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..