*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
MANUFLOR kapsul
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi:

Hər bir kapsulun tərkibində vardır:

Qırmızı exinaseya (Echinacea purpurea Moench) otunun quru ekstraktı - 120 mq

(polifenolların ümumi miqdarı 4%)

Qırmızı exinaseya (Echinacea purpurea Moench) otunun quru ekstraktı - 30 mq

(kasnı turşusunun miqdarı 2%)

Ensizyarpaq exinaseya (Echinacea angustifolia DC) kökünün quru ekstraktı - 20 mq

(exinakozidin miqdarı 4%)

Keçətük unkariya (Uncaria tomentosa Willd.) Pişik caynağı qabığının quru ekstraktı - 50 mq

(alkaloidlərin ümumi miqdarı 3%)

L-askorbin turşusu (Acidi ascorbinici) - 80 mq

Sink (Zincum) (oksid şəklində) - 10 mq

 

Tindalizasiya üsülu ilə sterilizə olunmuş Lactobacillus casei (HA-108), Lactobacillus acidophilus (HA-122), Lactobacillus plantarum (HA-119), Streptococcus thermophilus (HA-110) - 2 x 109 KƏV*

* KƏV – Koloniya Əmələ gətirən Vahid

 

Kapsullar bitki liflərindən hazırlanıb, tərkibində süni rəngləyiciləri yoxdur.

 

Farmakoloji xüsusiyyətləri:

MANUFLOR kapsul böyüklərin istifadəsi üçün nəzərdə tutulmuş, təbii tərkibli kombinəolunmuş immunostimulyator vasitə olaraq, orqanizmin ümumi müqavimətini gücləndirir və immun sisteminə stimuləedici təsir göstərir.

Exinaseya növlərinin ekstraktları təbii immunostimulyator olub, orqanizmin müdafiə funksiyasını və xəstəliyə qarşı müqaviməti artırırlar. Exinaseya növlərinin ekstraktlarının tərkibində polifenol maddələri, exinakozid qlikozidi, kasnı turşusu, efir yağları, flavanoidlər, saponinlər, əvəzolunmaz üzvi turşular, vitaminlər, dəmir, kalsium və selen vardır. Exinaseya növləri virusəleyhinə, antibakterial və antifunqal təsirlərə malikdir. Bakterial və virus mənşəli xəstəliklərin müalicə və profilaktikasında, xüsusilə qrip zamanı effektli təsirə malikdirlər. Exinaseya növləri həmçinin böyrəküstü vəzin fəaliyyətini artıraraq allergiya və revmatizm əleyhinə təsir göstərirlər.

Keçətük unkariya ekstraktı alkaloidlər, qlikozidlər, fitosterinlər, triterpenlər, polifenollar ilə zəngindir. İmmunostimulyator, iltihabəleyhinə, antioksidant, virusəleyhinə və tonuslandırıcı xüsusiyyətlərə malikdir.

L-askorbin turşusu interferon sintezini artıraraq immuniteti və infeksiyalara qarşı müqaviməti artırır, antioksidant təsir göstərir.

Sink orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, yaraların sağalmasını sürətləndirir, immun sistemin normal fəaliyyətində böyük rol oynayır.

Lactobacillus casei, Lactobacillus acidophilus, Lactobacillus plantarum, Streptococcus thermophilus bağırsaq mikroflorasının tarazlığını tənzimləyir və onların fizioloji funksiyalarının yerinə yetirilməsini təmin edirlər. Bağırsaqlarda turş mühiti yaradaraq patogen və şərti-patogen mikroorqanizmlərin inkişafı üçün əlverişsiz şərait yaradırlar. Bağırsağın epitel hüceyrələrinin membranlarını stabilləşdirməklə elektrolitlərin və vitaminlərin (B1, B2, B6, B12, K, E, PP, C, D), dəmir və kalsiumun sorulmasını sürətləndirirlər. Bağırsaq mikroflorasının immun sistem üçün böyük rolu vardır. Mikroflora immunoqlobulinlərin sintezində iştirak edir, B, T-limfositlərin və makrofaqların yaranmasını fəallaşdırır.

 

İstifadəsinə göstərişlər:

- Müxtəlif mənşəli xəstəliklər zamanı immuniteti artırmaq məqsədilə;

- Bakterial və virus mənşəli, kəskin və xroniki infeksiyalar zamanı (qrip, sadə herpes, respirator xəstəliklər və s.); 

- Antibiotikterapiya zamanı;

- Astenik vəziyyətlərdə.

İstifadəsinə əks göstəriş:

Tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.

Xüsusi göstəriş:

Sistem və autoimmun xəstəliklər, vərəm, leykoz, dağınıq skleroz, hamiləlik və laktasiya dövründə həkim məsləhəti ilə təyin olunmalıdır.

İstifadə qaydası:

1 kapsuldan gündə 1 dəfə səhər yeməyindən əvvəl daxilə qəbul olunur. Göstərilən qaydada qəbul edildikdə vasitənin tərkibində olan süd turşulu bakteriyalar daha effektiv təsirə malikdirlər.

Buraxılış forması:

Qutuda hərəsində 15 kapsul olan 2 blister, təlimat vərəqəsi ilə birlikdə.

Saxlanma şəraiti:

Uşaqların əli çatmadığı quru və sərin yerdə, istilik mənbələrindən uzaqda saxlamaq lazımdır.

İstehsalçı: "ESI S.p.A.", Via della Industrie 1, 17012 Albissola Marina, İtaliya.

Baxılma sayı: 180 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..