*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
JUNİMAX
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi:

Hər 10 ml siropun tərkibində vardır:

Balıq yağı……………………....1200 mq

Dokozaheksaen turşusu (DHT)….180 mq

Eykozapentaen turşusu (EPT)…...216 mq

C vitamini…………………………30 mq

E vitamini………………………...7,4 TV

A vitamini………………………1332 TV

D3 vitamini……………................100 TV

Fol turşusu……………………….50 mkq

B12 vitamini…………………….0,7 mkq 

Farmakoloji xüsusiyyətləri:

Dokozaheksaen turşusu (DHT) və eykozapentaen turşusu (EPT) Omeqa-3 polidoymamış yağ turşularına aiddir. İnsan orqanizmi özü alfa-linolen turşusundan EPT və DHT sintez etmək qabiliyyətinə malikdir. Amma bu sintez ləng olduğu üçün tərkibində EPT və DHT olan qida əlavələri və preparatları qəbul etmək tövsiyə olunur. DHT baş beynin boz maddəsində və tor qişada yüksək konsentrasiya təşkil etməsi onun göz və beyin üçün  əhəmiyyətli olduğunu sübut edir. Omeqa-3 beynin normal fəaliyyəti üçün vacibdir, belə ki, hüceyrədə sinir impulslarının ötürülməsini təmin edir. Bu da, öz növbəsində, beynin analitik xüsusiyyətlərinin (yaddaş, düşuncə, dərrakə və s.) daha intensiv formalaşmasına gətirib çıxarır. Güclü membranoprotektor və antioksidant təsirə malikdir. DHT sinir sistemi və görmə qabiliyyətinin inkişafında, koqnitiv funksiyaların formalaşmasında böyük rol oynayır. EPT isə orqanizmdə araxidon turşusunun funksiyalarını yerinə yetirir.

C vitamini orqanizmdə maddələr mübadiləsində, steroid hormonların və kollagenin sintezində iştirak edir. Damarların keçiriciliyini azaldır. İmmun sisitemini gücləndirir, interferonun sintezini artırır, orqanizmin viruslara qarşı müqavimətini və iştahanı artırır. Bağırsaqlardan dəmirin mənimsənilməsini yaxşılaşdırır.

E vitamini zülalların və hemin biosintezində, hüceyrələrin proliferasiyasında, toxuma tənəffüsündə və metabolizmində iştirak edir. Güclü antioksidantdır.

A vitamini mübadilə proseslərini tənzimləyir, görmə orqanının və selikli qişaların normal fəaliyyətini təmin edir. Orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır.

D3 vitamini kalsium və fosforun bağırsaqlardan mənimsənilməsində, onların orqanizmin hüceyrələrinə daşınmasında iştirak edir. Həmçinin sümüklərin normal mineralizasiyası üçün vacibdir.

Fol turşusu qanyaradıcı orqanların funksiyasının tənzimlənməsində fəal iştirak edir, makrositar anemiya zamanı antianemik təsir göstərir. Həmçinin bağırsaqların və qaraciyərin funksiyasına müsbət təsir göstərir, qaraciyərdə xolinin toplanmasını artırır. Fol turşusu ağ qan hüceyrələrinin normal formalaşmasını və fəaliyyətini təmin edir. İmmun sistemini tənzimləyir.

B12 vitamini bütün toxuma və hüceyrələrin, xüsusilə də MSS, sümük iliyi və həzm traktının funksiyaları üçün vacibdir. Metabolik və hemopoetik təsirə malikdir.

 

İstifadəsinə göstərişlər:

− Uşaqlarda fiziki və əqli inkişafın ləngiməsi;

− Yaddaş və qavrama qabiliyyətinin zəifliyi, diqqət defisiti və hiperaktivlik sindromu;

− Ürək fəaliyyətinin zəifləməsi: ürək qüsürları, revmokardit;

− Dəri xəstəlikləri zamanı: dermatit, psoriaz;

− Göz xəstəliklərinin müalicə və profilaktikası;

− İmmunitetin zəifləməsi;

− Autoimmun və allergik xəstəliklər. 

Əks göstərişlər: Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası:

0 - 1 yaş 5 ml gündə 1 dəfə;

1 - 3 yaş 5 ml gündə 2 dəfə;

3 yaşdan böyük uşaqlar 10 ml gündə 2 dəfə. Preparat yeməkdən sonra qəbul olunur.

Buraxılış forması: Flakon, 120 ml sirop.

İstehsalçı: Vega İlaç, Türkiyə

Baxılma sayı: 758 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..