*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Clopiqamma
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi:
1 tabletin tərkibində 75 mq klopidoqrel vardır.

Farmakoterapevtik qrupu: Clopiqamma – trombositlərin aqreqasiyasının aktiv inhibitorudur.

Farmakoloji xüsusiyyətləri.

Farmakodinamikası:
Klopidoqrelin aktiv metaboliti seçici olaraq ADF-in trombositlərin P2Y12 reseptorları ilə birləşməsini və qlikoprotein IIb/IIIa kompleksinin ADF-lə əlaqəli aktivləşməsini ləngidir ki, bu da trombositlərin aqreqasiyasının qarşısını alır. Geri dönməyən əlaqənin hesabına trombositlər həyatının qalan günlərində (təqribən 7-10 gün) ADF stimulyasiyasına qarşı qeyri-həssas qalır, trombositlərin normal funksiyasının bərpası isə trombositlərin yenilənmə sürətinə müvafiq olaraq baş verir.

Farmakokinetikası:
Klopidoqrelin plazma zülalları ilə birləşməsi 94-98 % təşkil edir. Qanda maksimal konsentrasiyaya 30-60 dəqiqəyə çatır. Qaraciyərdə metabolizmə uğrayır. Aktiv metabolitin əmələ gəlməsi Р450 sisteminin izofermentlərinin iştirakı ilə baş verir. Əvvəlcə 2-okso-klopidoqrel adlı ara məhsul əmələ gəlir, daha sonra aktiv forma olan klopidoqrelin tiol törəməsini əmələ gətirir. Aktiv olan tiol metaboliti trombositlərin reseptorları ilə birləşir. 60 % böyrəklərlə, 40 % isə bağırsaqla xaric olur. Yarımatılma dövrü 8 saatdır.
Klopidoqrel istənilən lokalizasiyalı aterosklerotik damar, xüsusilə serebral, koronar və ya periferik arteriya zədələnmələrində meydana çıxan aterotrombozun qarşısını alır.
Klopidoqrelin 75 mq dozadan gündəlik qəbulu zamanı qəbulun ilk günündən ADF-induksiyalı trombosit aqreqasiyasının zəifləməsi baş verir, bu da tədricən 3-7 gün müddətində güclənir və sonra daimi səviyyəyə çatır .Tarazlıq vəziyyətində trombositlərin aqreqasiyası orta hesabla 40-60 % azalır. Klopidoqrelin qəbulunu dayandırdıqdan sonra trombositlərin aqreqasiyası və qanaxma müddəti orta hesabla 5 gün müddətində başlanğıc vəziyyətə qayıdır.

İstifadəsinə göstərişlər:

Miokard infarktı;

Qeyri stabil stenokardiya;

Koronar stentləşdirmə əməliyyatı aparılan xəstələr;

İşemik insult;

Varikozlu xəstələrdə tromboflebit və tromboemboliyanın profilaktikası;

Şəkərli diabetli xəstələrdə miokard infarktı və işemik insultun profilaktikası.

 

Əks göstərişlər: Preparatın komponentinə qarşı yüksək həssaslıq, ağır qaraciyər və böyrək çatışmazlığı, kəskin qanaxma və qalaktozaya qarşı irsi dözümsüzlük, hamiləlik və laktasiya dövrü.

 

İstifadə qaydası və dozası:

ST seqmentinin qalxması olmayan kəskin koronar sindromda - 300 mq yükləmə dozası ilə başlamaq, daha sonra 75 mq gündə 1dəfə ilə davam etdirmək. Müalicənin müddəti ilk gündən 1 ilə qədər

Kəskin miokard infarktında 75 mq gündə 1dəfə ilk gündən 35-ci günə qədər

 İşemik insultda 75 mq gündə 1dəfə 7-ci gündən 6 aya qədər.

 

 Buraxılış forması: Blisterlərdə № 28 və № 100 tablet, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

İstehsalçı: WÖRWAG PHARMA GmbH & Co. KG Calwerstr.D -  71034 Böblingen, Almaniya

 

 

 


Baxılma sayı: 165 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..