*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
POLİRONG
Sual ver
  Təcili sifariş A+ A-


Tərkibi:

 Hər 10 ml şərbətin tərkibinə daxildir:

Propolis ekstraktı ( Propolis extract) - 20 mq

Arı tozcuğu ( Bee Pollen)- 15 mq

Beta qlükan ( Beta glukan) - 10 mq

Exinaseya ekstraktı  (Echinacea purpurea) - 30 mq

Qara üzümün çəyirdəyinin ekstraktı ( Extract uva semen) - 1 mq

Nar ekstraktı ( Extract punicum) - 30 mq

Böyürtkən meyvələrinin ekstraktı ( Extract blackberry fructum)  - 15 mq

 Aptek zəncəfili ( Zingiber officinale) - 50 mq

Sink sulfat - 0,05 mq

Köməkçi maddələr: kalium- sorbat, natrium- benzoat, limon turşusu monohidratı, qlükoza-fruktoza şərbəti, karboksimetilsellüloza,  moruq ətri, su.

Farmakoloji xüsusiyyətləri:

 

POLİRONG kombinəolunmuş immunostimulyatordur.

 Arı məhsulu olan propolisin müalicəvi effekti onun tərkibində olan bioflavonoidlər (qalangin, pinosembrin), fenol, terpenlər, kofein, benzoy turşusu, B1, B2, РР, Е, С vitaminləri və mikroelementlərlə bağlıdır. Propolisi təbii antibiotik adlandırmaq olar. Propolis bakterisid, bakteriostatik təsir göstərir. Geniş təsir spektrinə malikdir: streptokokk, stafilokokk, vərəm çöpləri, qrip və herpes virusları, kandida göbələyi və s.təsir edir. Antibiotiklərlə birlikdə istifadə etdikdə onların təsirini artırır. Bundan başqa onun immunostimulyator, iltihabəleyhinə, regenerasiyanı sürətləndirən, virus və göbələk əleyhinə təsirləri var. Propolisin tərkibinə daxil olan fenol damar divarını möhkəmləndirir, keçiriciliyi azaldır, iltihab və ödeməleyhinə təsir edir. Fenol həmçinin antioksidant təsir  edərək toxumaları sərbəst radikalların oksidləşdirici təsirindən qoruyur. Bu təsirlər yuxarı tənəffüs yollarının selikli qişası üzərində çox aydın müşahidə olunur.

Arı tozcuğu –  Arılar sürfələrini qidalandırmaq üçün  çiçəklərdən topladığı tozcuqları öz fermentləri ilə qarışdıraraq hazırladığı arı tozcuğundan istifadə edirlər. Arı tozcuğunun tərkibinə 100-dən çox qidalı və müalicəvi maddələr - əvəzolunmayan aminturşular, vitaminlər (A,C, E, D, B qrupu, P, PP, K), makro və mikroelementlər, flavanoidlər  daxildir. Bu maddələrin hesabına  arı tozcuğu kəskin,  xroniki və uzun sürən xəstəliklər zamanı bədən müqavimətini və iştahanı artırır, fiziki və əqli fəaliyyəti stimullaşdırır, hemoqlobinin səviyyəsini artırır. Yaddaş və görmə qabiliyyətini, həmçinin qaraciyər, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.

Beta qlükan - immun sistemi stimulyasiya edir, infeksion xəstəliklərin (bakterial, virus, göbələk və  parazitar mənşəli) əmələ gəlmə riskini azaldır. Bundan başqa beta qlükan unikal antioksidant olub, immun hüceyrələrin sərbəst radikalları zərərsizləşdirmək qabiliyyətini artırır. Qrip və soyuqdəymənin profilaktika və müalicəsində, intensiv və daimi stress zamanı orqanizmin dözümlüyünün artmasında effektlidir.

Exinaseya ekstraktı - Exinaseya immun sisteminin stimulyatorudur. Orqanizmin müdafiə qabiliyyətini və xəstəliyə dözümlülüyünü  artırır. Exinaseyanın tərkibində efir yağları, flavanoidlər, saponinlər,  üzvi turşular, vitaminlər,  dəmir, kalsium, selen mikroelementləri vardır. Exinaseya antivirus, antibakterial və antifunqal təsirlərə malikdir. Bakterial və virus xəstəliklərinin müalicə və profilaktikasında, xüsusən qrip və soyuqdəymənin müalicəsində effektlidir. Eyni zamanda Exinaseya bitkisi böyrəküstü vəzin fəaliyyətini artıraraq allergiya və revmatizm əleyhinə təsir edir.

Qara üzümün çəyirdəyinin ekstraktı proantosianidlərlə zəngindir. Bu proantosianidlər mövcud olan antioksidantlar arasında ən aktividir. Hematoensefalik baryeri asanlıqla keçdiyi üçün beyin hüceyrələrini də sərbəst radikallardan qoruyur. Bu maddələr immun sistemi gücləndirir, virus, bakteriya və iltihabəleyhinə  təsir edir. Ürək-damar sisteminim fəaliyyətini nizamlayır.

Nar ekstraktı C vitamini, tannin, polifenol ilə zəngindir.  Infeksiyalara qarşı bədən müqavimətini artırır. Antivirus təsirə malikdir. Enerji verir, yorğunluğu aradan qaldırır. Öskürəkəleyhinə təsir edir. Qüvvətli antioksidantdır, sərbəst radikalları neytrallaşdırır.

Böyürtkən meyvələrinin ekstraktı - üzvi turşular,  tanninlər, bioflavonoidlər, pektin, fenol birləşmələri, vitaminlər və minerallarla  zəngindir. İmmun sistemi möhkəmləndirir, qrip zamanı hərarətsalıcı təsir edir. Güclü antioksidant xüsusiyyətə malikdir.

Sink sulfat - Sink həyati vacib mikroelementlərdən biri hesab olunur. 300-dən çox fermentin tərkibinə daxil olan sink orqanizmdə bütün biokimyəvi proseslərdə iştirak edir. Sink orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır və sağalmanı sürətləndirir, antimikrob təsirə malikdir. İmmunogenezdə vacib rol oynayan limfoid toxumasının normal aktivliyini təmin edir, dərinin, saçın və dırnaqların sağlamlığı və yaraların tez sağalması üçün vacibdir. Sink  zülalların sintezində vacib rol oynayır. Baş beyin hüceyrələrinin inkişafında və formalaşmasında iştirak edir.  Fiziki və əqli fəaliyyəti yaxşılaşdırır. Zədələnmiş sinir toxumasının bərpa olunmasını və yaddaşın möhkəmlənməsini təmin edir. Superoksiddismutazanın aktiv hissəsi olduğundan reperativ təsirli antioksidantdır.

 Aptek zəncəfili -  tərkibində vitaminlər (A, C, E, B qrup), mineral və mikroelementlər, bioloji aktiv maddələr vardır.  İmmunstimulyator, antimikrob, iltihabəleyhinə təsirlərə malikdir. Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.

Göstərişlər:

- Orqanizmin immun sisteminin qorunması və möhkəmlənməsi;

- Müxtəlif etiologiyalı immunodefisit vəziyyətlər;

- KRVİ,  qripin müalicə və profilaktikası;

- Keçirilmiş xəstəlikdən sonrakı dövr (rekonvalessensiya dövründə);

- Yuxarı və aşağı tənəffüs yollarının infeksion-iltihabi xəstəliklərinin  müalicəsində;

- İmmunitetin zəifləməsi ilə müşayiət olunan xroniki infeksion xəstəliklərdə uzun müddətli antibiotikoterapiya zamanı; 

- Fiziki və əqli gərginlik, astenik sindrom.

İstifadəsinə dair məhdudiyyətlər: Preparatın hər hansı  komponentinə qarşı həssaslıq.

 Hamiləlik və laktasiya dövründə həkim məsləhəti olmadan qəbul olunmur .

İstifadə qaydası və dozalanması:

 

1-3 yaş - 2, 5 ml gündə 2 dəfə                                  

3 - 6 yaş - 5 ml gündə 2 dəfə                                  

6-12 yaş - 10 ml gündə 2 dəfə

12 yaşından yuxarı 10 ml gündə 3 dəfə

 Müalicə kursu  8 həftədən artıq olmamalıdır.

Buraxılış forması: Flakonda 150 ml şərbət içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılmışdır.

İstehsalçı:
VEGA İLAÇ, Türkiyə



Baxılma sayı: 820 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..