*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
CARE-H damcı
Sual ver
  Təcili sifariş A+ A-

CARE-H damcı

 

 

Tərkibi:

Hər 1 ml məhlulun tərkibində vardır:

Təsiredici maddə: 500 mq levokarnitin

Köməkçi maddələr: Limon  turşusu, Kalium-sorbat, Portağal dadlandırıcı, metil hidroksibenzoat, sukraloza, təmizlənmiş su.

 

Farmakoloji xüsusiyyətləri:

L-karnitin (levokarnitin) vitaminəbənzər maddədir. B qrup vitaminlərinə bənzər quruluşa malikdir. Uzunzəncirli yağ  turşularının mitoxondriyaların membranından keçərək oksidləşməsində və asetil-KoA-nın (qlükoneogenez prosesində piruvatkarboksilazanın aktivliyini, keton cisimciklərinin əmələ gəlməsini, xolin və onun efirlərinin sintezini, oksidləşdirici fosforlaşmanı və ATF-in yaranmasını təmin edən vacib maddə) əmələ gəlməsində iştirak edir.

Quruluşunda üç labil metil qrupunun olması hesabına yağ depolarından yağları mobilləşdirir. L-karnitin hipoksiya zamanı qlükozanı sıxışdırır və yağ turşularının oksigendən asılı olmayan metabolizminə yol açır, buna görə də beyin hipoksiyasında və digər bənzər vəziyyətlərdə effektivdir. Həzm şirələrinin sekresiyasını və fermentativ aktivliyini artırır. Qidanın mənimsənilməsini yaxşılaşdırır və iştahanı artırır. Artıq bədən çəkisini və əzələlərdəki yağların miqdarını azaldır. L-karnitin qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, apoptozun qarşısını alır, zədələnmiş zonanı məhdudlaşdırır. L-karnitin zəif inkişaf edən və yarımçıqdoğulmuş uşaqların normal fiziki inkişafını təmin edir. Terapevtik konsentrasiyası qanda 9 saat saxlanılır. Qaraciyərə və miokarda sürətlə, əzələlərə isə ləng keçir. Əsasən efirlər şəklində böyrəklərlə xaric olur.

 

İstifadəsinə dair tövsiyələr:

  • Yenidoğulmuşların hipoksiya və hipotrofiyası;
  • Doğuş travması, asfiksiya;
  • Beyin qan dövranı pozğunluqları: dissirkulyator ensefalopatiya, baş beynin müxtəlif növ travmatik və toksik zədələnmələri;
  • İştahanın zəifləməsi və ümumi zəiflik, anoreksiya;
  • Respirator distress-sindrom;
  • Xronik pankreatit;
  • Uşaq serebral iflicləri, hipoksiya ilə müşahidə olunan ürək qüsurları;
  • Revmatizm, miokardit;
  • Nevrit, nevralgiya;
  • Şəkərli diabet, hipotireoz;
  • Psoriaz, seboreya, sklerodermiyanın dəri forması;
  • Uşaqlar və 16 yaşına qədər yeniyetmələrdə bədən çəkisinin defisiti, boy artımının və əqli inkişafın ləngiməsi.

 

İstifadəsinə dair məhdudiyyətlər:

Vasitənin komponentlərinə qarşı yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:

Yenidoğulmuşlara: 4 damcı gündə 2 dəfə;

1 yaşa qədər uşaqlara: 6 damcı gündə 2 dəfə;

1-3 yaş arası uşaqlara: 8 damcı gündə 2 dəfə;

3-6 yaş arası uşaqlara: 10 damcı gündə 2 dəfə;

6-12 yaş arası uşaqlara: 12-18 damcı  gündə 2 dəfə;

Böyüklər: 20 damcı gündə 2 dəfə.

Vasitə yeməkdən 30-40 dəq. əvvəl qəbul edilir.

 

Doza həddinin aşılması:

Yüksək dozalarda istifadə olunduqda belə,  heç bir toksik təsir müşahidə edilməmişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Digər preparatlarla qarşılıqlı təsiri müəyyən olunmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Preparat hamiləlik və laktasiya dövründə yalnız həkimin təyinatı ilə istifadə oluna bilər.

Əlavə təsirləri:

Nadir hallarda  yüngül  mədə-bağırsaq  pozğunluqları (ürəkbulanma, qusma, epiqastral  nahiyədə ağrı, diareya)  müşahidə  oluna  bilər.

Buraxılış forması:

Şüşə flakonda, 30 ml məhlul

Saxlanma şəraiti:

25°C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti:

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

İstehsalçı: Biofaktor Sp.z o.o, Polşa

 

 


Baxılma sayı: 971 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..