*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
  

Cəmil Əliyev: Əsas məqsədimiz onkoloji xəstələrin tam sağalmalarına nail olmaqdı

Bu gün Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında uzunmüddətli əməkdaşlıq barədə müqavilə imzalanıb. Bu müqavilə Azərbaycan Milli Onkologiya Mərkəzinə onkoloji xəstəliklərin profilaktikası və müalicəsində MD Anderson Xərçəng Mərkəzi ilə birgə fəaliyyət göstərməyə imkan yaradacaq. Bundan başqa, müqavilə Milli Onkologiya Mərkəzinin mütəxəssislərinə amerikalı həmkarları ilə birlikdə elmi axtarışlar və kliniki tədqiqatlar həyata keçirməyə imkan verəcək. Yəni, bu müqavilə əsasında azərbaycanlı mütəxəssislər təcrübə mübadiləsi proqramlarında ödənişsiz iştirak edə və Amerikanın məşhur onkoloji mərkəzində təcrübə keçə biləcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev jurnalistlərə müsahibəsində söyləyib.

O deyib: “Bununla yanaşı, uzunmüddətli əməkdaşlıq barədə müqavilə çərçivəsində beynəlxalq elmi konfransların keçirilməsi planlaşdırılır. Bu, iki onkologiya mərkəzi arasında əlaqələndirmə mexanizmlərini hazırlanmasına, ayrı-ayrı sahələrdə azərbaycanlı və amerikalı alimlər, həkimlər arasında əlaqələrin qurulmasına, elm və təbabətin qarşılıqlı əlaqəli sahələrində son nailiyyətlərin müzakirəsinə imkan yaradacaq. Bundan başqa, elmi konfranslar iki ölkənin alimlərinin müxtəlif mövzuları, o cümlədən onkoloji patologiyaların diaqnostikası və müalicəsini, elmin, təbabətin və səhiyyənin aktual problemlərini, onkologiyanın qarşısında duran vəzifələri, habelə onların potensial həlli yollarını müzakirə etmələrinə imkan verəcək. Bütün bunlar bizim əsas məqsədimizə - gələcəkdə onkoloji xəstəliklərin tam sağalmalarına nail olmaq naminə edilir”.


  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..